"Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun sonuncu günü

12:59 03.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun sonuncu günü işə başlayıb.

Hafta.az xəbər verir ki, ölkənin tanınmış ədəbiyyatşünaslarının, yazıçı və şairlərinin, həmçinin dilçi alimlərinin, filoloqların iştirak etdiyi forumun sonuncu günündə kitabın fərdi və sosial həyat əhəmiyyəti məsələsinə dair panel müzakirə aparılacaq.

Paneldə Xalq yazıçısı Çingiz Abdullayevin, yazıçı Əkbər Qoşalının, Milli Kitabxananın direktoru Kərim Tahirovun və digərlərinin çıxışı gözlənilir.